Modern.az

Pərviz Şahbazov BƏƏ-də tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də tədbirlərə qatılacaq

3 Dekabr 2023, 17:30

Energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z. Aminin dəvəti ilə BƏƏ-yə səfər edib.

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda Azərbaycan pavilyonunda təşkil olunacaq ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.

 

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir