Modern.az

Zelenski ilə generallar arasında münaqişə yoxdur

Zelenski ilə generallar arasında münaqişə yoxdur

Dünya

3 Dekabr 2023, 23:21

Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak prezident Volodimir Zelenski iləBaş Qərargah rəisi Valeri Zalujnı arasında münaqişə olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, UNIAN agentliyinin "YouTube" kanalına müsahibəsində bildirib.

 

 

“Müzakirələr çətin olur? Şübhəsiz ki. Bu normal idarəetmə modelidir. Burada söhbət münaqişədən yox, normal işdən gedir. Heç bir münaqişə yoxdur”, - deyə Podolyak qeyd edib.

 

Xatırladaq ki, Valeri Zalujnı “The Economist” jurnalına yazdığı məqalədə Rusiya-Ukrayna hərbi münaqişəsi zonasında cəbhədəki vəziyyətin “dalana dirəndiyini” bildirib. Zelenski ali baş komandanın mövqeyi ilə razılaşmayıb. Bundan sonra Ukrayna mətbuatında prezidentlə ölkənin hərbi rəhbərliyi arasında münaqişə barədə məlumat yayılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi