Modern.az

Daha bir rayonda qızılca aşkarlandı

Daha bir rayonda qızılca aşkarlandı

Aktual

3 Dekabr 2023, 23:36

Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

 

Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.

 

S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

 

Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

 

Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.

 

Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi