Modern.az

Britaniyalı nazir Azərbaycana GƏLİR

Britaniyalı nazir Azərbaycana GƏLİR

Aktual

4 Dekabr 2023, 12:30

Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord bu ay Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak edəcək.

 

İclas zamanı ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə ediləcək. 

 

Səfərlə bağlı məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Modern.az-a təsdiqləyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI