Modern.az

İlqar Məmmədov və Əli Əliyevin namizədliyi qeydə alınmadı

İlqar Məmmədov və Əli Əliyevin namizədliyi qeydə alınmadı

13 Sentyabr 2013, 16:23


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az saytının məlumatına görə, iclasda VİP sədri Əli Əliyev və REAL hərəkatının rəhbəri İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmayıb.

Əli Əliyevin MSK-ya təqdim olunan 42,634 imzadan 5,571-i etibarsız hesab olunduğundan onun namizədliyi qeydə alınmayıb. İlqar Məmmədovun namizədliyi üçün təqdim olunan 41,247 ədəd imzadan 4982 səs etibarsız hesab edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular