Modern.az

Onlardan biri “İlin adamı” elan olunacaq: Putin, III Çarlz, Barbi kuklası... - SİYAHI

Onlardan biri “İlin adamı” elan olunacaq: Putin, III Çarlz, Barbi kuklası... - SİYAHI

Dünya

5 Dekabr 2023, 09:54

Amerikanın məşhur “Time” jurnalı “2023-cü ilin adamı” tituluna əsas namizədlərin adlarını açıqlayıb. Siyahıda Rusiya prezidenti Vladimir Putin, Barbi kuklası, Britaniya kralı III Çarlz, pop diva Teylor Svift və digərlərinin adları var.
 

Modern.az saytı xəbər verir ki, qalibin adı sabah - çərşənbə günü elan ediləcək.

Putin haqqında deyilir ki, 2023-cü ildə dünyanın diqqət mərkəzində olan Rusiya lideri “Vaqner” qruplaşmasının üsyanı səbəbindən təhlükə ilə üzləşib, lakin sonda qalib gələrək mövqeyini möhkəmləndirib.

“Time” jurnalı Putini 2007-ci ildə “İlin adamı" elan edib, eyni zamanda dəfələrlə onu “yüz ən nüfuzlu adam” siyahısına salıb.


“Time” jurnalının builki namizədlər siyahısında Hollivudun məşhur ssenaristləri və aktyorları, Çin prezidenti Si Cinpin, “OpenAI” kompaniyasının rəhbəri Sem Altman da var.

İddiaçılar arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəmələrində iştirak etmiş prokurorlar, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelin də adı qeyd edilib.

2022-ci ildə “İlin adamı” Ukrayna prezidenti Vladimir Zelenski olub.

"İlin adamı" titulu 1927-ci ildən verilir. Bu titulla son 12 ayda dünyaya ən çox təsir edən insanlar arasından seçilən şəxs mükafatlandırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...