Modern.az

Simonyan Volodinə məktub yazdı: Moskvaya getməyəcək!

Simonyan Volodinə məktub yazdı: Moskvaya getməyəcək!

5 Dekabr 2023, 11:58

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının 2023-cü il dekabrın 19-da Moskvada keçiriləcək xarici sessiyasında və 16-cı plenar iclasında iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

“Ermənistan nümayəndə heyəti sessiyalarda iştirak etməyəcək. Spiker Alen Simonyan bu gün Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubla Moskvaya getməyəcəyini yazılı şəkildə təsdiqləyib”, - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...