Ukraynalıların əksəriyyəti hesab edir ki, ölkədə parlament seçkiləri müharibə başa çatdıqdan sonra keçirilməlidir.
Modern.az xəbər verir ki, Ukrayna KİV-nin məlumatına görə, Reytinq qrupu seçkilərlə bağlı sorğu keçirib.
Sorğunun nəticəsinə görə, əgər seçkilər bu gün baş tutsaydı, yeni partiya qalib gələcək və Zelenskinin bloku ikinci olacaqdı.
Belə ki, araşdırmalara görə, respondentlərin 36%-nin səs verəcəyi hipotetik parlament seçkilərində Silahlı Qüvvələrin ali baş komandanı Valeri Zalujnının rəhbərlik etdiyi hərbi partiya qalib gələcəkdi.
Hazırkı prezident Vladimir Zelenskinin ittifaqı isə 26,7% səslə ikinci yeri tutacaqdı.
İlk üçlüyü 7,6% səslə şoumen Sergey Pritulanın partiyası qapayacaqdı.
Belə parlament seçkilərində sonrakı yerləri 5,8 faizlə “Azov” partiyası, 5,5 faizlə “Xalqın xidmətçisi” partiyası, 5,4 faizlə “Avropa nəmrəyliyi” partiyası tutmaqla 5 faizlik baryeri keçəcəkdi.
Bu göstəricilərə əsasən, Ali Radada mandatların bölgüsü belə olacaqdı:
Zalujnı partiyası - 186 mandat, Zelenski bloku - 138, Pritulanın partiyası - 39; "Azov" partiyası - 30; “Xalqın xidmətçisi” – 29; "Avropa həmrəyliyi" - 28.