Modern.az

\"Azercell Telecom\" Taksit layihəsini təqdim edir

\

5 Dekabr 2023, 17:32

"Azercell" nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veririləcək

 

Bu gündən lider mobil operator "Azercell Telecom" MMC Taksit layihəsini təqdim edir.

 

www.azercellim.com veb-səhifəsində qiyməti 100 manat üzərində olan bütün "Azercell" nömrələrinin onlayn qaydada 12 aya qədər faizsiz taksitlə əldə edilməsi mümkün olacaq. "Azercell" nömrəsi almaq istəyən müştəri "BirKart" abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq.

 

Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com veb-səhifəsinə keçid etmək lazımdır. Xatırladaq ki, www.azercellim.com saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal