Modern.az

Qubada 5 avtomat, 11 qumbara tapılıb - FOTO

Qubada 5 avtomat, 11 qumbara tapılıb - FOTO

5 Dekabr 2023, 17:42

Qubada xeyli sayda silah-sursat aşkarlanıb.

 

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 5 ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng, 11 ədəd qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

 

Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal