Modern.az

Şamaxıda ağır qəza - Bir ailənin üç üzvü öldü 

Şamaxıda ağır qəza - Bir ailənin üç üzvü öldü 

Hadisə

5 Dekabr 2023, 19:07

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər , Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi