Modern.az

Dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik...

Dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik...

5 Dekabr 2023, 22:47

"Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik".

 

Modern.az xəbər verir ki, bunu məşhur kinorejissor Emil Quliyev "Facebook" hesabında yazıb.

 

"Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun", - deyə, o əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir