Modern.az

Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı

5 Dekabr 2023, 23:42

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edib. “Dalğa Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 2:0.

 

19:00. Azərbaycan - Farer adaları - 1:0

Qol: Nigar Mirzəliyeva, 68 

Xallar: Azərbaycan - 16, Monteneqro - 11, Kipr - 7, Farer adaları - 0.

Beləliklə, Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir