“Hesab edirəm ki, Azərbaycanla-Rusiya arasında münasibətlər normaldır. Amma Rusiyanın Azərbaycan haqqında Azərbaycandan çox düşünəcəyini fikirləşmək düzgün deyil”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
“Qardaş da olanda görürsən ki, hərə öz marağını gözləyir ki, onu icra etsin. Rusiya ilə Azərbaycan arasında münasibətlər normaldır. Hesab edirəm ki, bu çərçivədə Azərbaycanla Rusiya arasında əməkdaşlıq üçün böyük potensial var”.
Eyni zamanda Arif Rəhimzadə ölkədə gedən seçki prosesini dəyərləndirib.
“Biz 10 il bundan əvvəlki seçkini götürsək, görərik ki, onda meyllər ətrafında danışırdıq. Ancaq indi real faktlar ətrafında fikir sürmək imkanımız var. Yenidənqurma, abadlaşma, insanların rifah halının yaxşılaşması, Azərbaycanda olan stabillik bunu deməyə əsas verir. Biz burada yaşadığımız üçün bunu qiymətləndirə bilmirik, hətta başa da düşmürük”.
Aytən ƏLİYEVA