Modern.az

Milli Məclisdə ictimai dinləmə keçirilir

Milli Məclisdə ictimai dinləmə keçirilir

Parlament

6 Dekabr 2023, 11:03

Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir