Modern.az

Bir şəklin tarixçəsi: Azərbaycanın ən məşhur siyasətçiləri uşaqlıqda...

Bir şəklin tarixçəsi: Azərbaycanın ən məşhur siyasətçiləri uşaqlıqda...

Reportaj

14 Sentyabr 2013, 11:48

Ömrün uşaqlıq illəri... Görəsən o ötən günlər hardadır? İstəsən də qayıtmaz, çünki, uşaqlıq illəri çox uzaqdadır...
Qayğısız uşaqlıq illəri... Nə dərd vardı, nə problem... Hər kəsin unudulmayan uşaqlıq xatirələri, heç vaxt yaddaşlardan silinməyəcək uşaqlıq illəri...

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasındakı budəfəki təqdimat bir qədər fərqlidir. Təqdim etdiyimiz bu üç fotoşəkil Azərbaycanın ən məşhur üç siyasətçisinin uşaqlığını özündə əks etdirir.


Azərbaycanın hazırki prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıq illəri də Bakıda keçib...


Azərbaycan Liberal Paeriyasının lideri Lalə Şövkət Hacıyeva 1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakı şəhərundəki 189 saylı orta məktəbi bitirən Lalə xanımın qayğısız uşaqlıq dövrü Azərbaycan paytaxtında keçib.


Müsavat Partiyasının başqanı İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. İsa Qəmbər 1964-1974-cü illərdə Bakıdakı 62 saylı orta məktəbdə təhsil alıb. O da uşaqlıq çağını Bakıda yaşayıb.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI