Modern.az

Hava yenə isti olacaq

Hava yenə isti olacaq

Təhsil

14 Sentyabr 2013, 12:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq.

Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 15-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular