Modern.az

Milli Parkın ərazisində balıq ovuna cəhd edən şəxs saxlanıldı

Milli Parkın ərazisində balıq ovuna cəhd edən şəxs saxlanıldı

6 Dekabr 2023, 12:28

Ovçuluq təsərrüfatının ərazisində brakonyer, milli parkın ərazisində isə qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xidmətin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan, Ağgöl Milli Parkı ərazisində isə balıq ovuna cəhd edən şəxs saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktlarla bağlı hər iki qanun pozucusu barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal