Modern.az

Qərbi Azərbaycana qayıdanlar həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsin!

Qərbi Azərbaycana qayıdanlar həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsin!

Parlament

6 Dekabr 2023, 13:08

“Qanunvericilikdə ikili vətəndaşlıq olmaz kimi ifadə var, amma bunun səbəbi, niyə olmasının izahı yoxdur”.


Modern.az xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib.

 

“Sosial şəbəkələrdə suallar verilir ki, Qərbi Azərbaycana, doğma torpaqlarımıza dönəndə pasport, vətəndaşlıq necə olacaq? Düşünürəm ki, bu məsələni qaldırmalı və müzakirə etməliyik. Xüsusilə Ermənistan Azərbaycan məsələsi ilə bağlı ikili vətəndaşlığı müzakirə etməliyik. Gələcəkdə Qərbi Azərbaycana qayıdan insanlarımız həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsinlər. Toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsi çox önəmlidir. Xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür. Diaspora müraciət etmək lazımdır ki, vacib kitabları tərcümə edək. Bundan əlavə xarici dillərdə danışan gənclərimiz fəal olmalı, dünyaya faktları çatdırmalıdırlar”,- deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı