Modern.az

Azad edilmiş rayonlarda yaradılan iş yerlərinin SAYI

Azad edilmiş rayonlarda yaradılan iş yerlərinin SAYI

6 Dekabr 2023, 13:36

2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yeri açılıb.

Modern.az Dövlət Statistika Komitəsinə hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 79.2% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 552 yeni iş yeri yaradılıb.

Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 515, Şuşada isə 262 yeni iş yeri açılıb.

   
Azad edilmiş rayonlar Yeni yaradılmış iş yerlərinin sayı
Laçın 515
Şuşa 262
Ağdam 64
Xocavənd 46
Cəbrayıl 39
Füzuli 34
Kəlbəcər 19
Xocalı 5
Qubadlı 3
Zəngilan 2
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı