Modern.az

Qaxda bələdiyyə sədri cəzalandırıldı - FOTO

Qaxda bələdiyyə sədri cəzalandırıldı - FOTO

6 Dekabr 2023, 16:36

Qax Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin, eləcə də sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Alatəmir kəndində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

 

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.

Qaxda bələdiyyə sədri cəzalandırıldı - FOTO

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal