Modern.az

BƏƏ-yə gedən Putinin təyyarəsini 4 qırıcı müşayiət edib - VİDEO

BƏƏ-yə gedən Putinin təyyarəsini 4 qırıcı müşayiət edib - VİDEO

Aktual

6 Dekabr 2023, 16:50

Bu gün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Əbu-Dabi limanına enənə qədər bütün uçuş boyu Hərbi Hava Qüvvələrinin Su-35S qırıcıları müşayiət edib.

Modern.az xəbər verir ki, bunu “Ria Novosti”yə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib:

“Prezident təyyarəsini Rusiya Aerokosmik Qüvvələrinin dörd Su-35S qırıcısı müşayiət edib. Bu qırıcılar müxtəlif dərəcəli standart silahlar daşıyırlar. Qırıcıları birinci dərəcəli pilotlar idarə edirdi”.

Peskovun sözlərinə görə, Prezidentin təyyarəsinə havadan dəstək üçün ərazisi üzərində uçuş həyata keçirilən dövlətlərdən xüsusi icazə alınıb.
 

“Biz bu dövlətlərə əməkdaşlığa görə minnətdarıq”, - Peskov qeyd edib.

 


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal