Modern.az

“Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir“ - FOTO

“Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir“ - FOTO

6 Dekabr 2023, 16:48

Goranboy rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində, “Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir.“ mövzusunda tədbir keçirildi.

 

Tədbirdə, Goranboy RİH Başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.

 

Tədbirdə, Müasir Azərbaycanın banisi Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını qurban vermiş  Vətən övladlarımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.

 

Xalqımızın tarixi adət-ənənələrini, milli irsimizi və  mədəniyyətimizin dəyərlərini  özündə yaşadan  Xalçaçılıq kitabları, İpək parçalar və Kəlağayıdan ibarət sərgi və xüsusi videoçarx nümayiş etdirildi.

 

Tədbirdə çıxış edən İcra Başçısı, şəhid anaları və digər ziyalılar, Azərbaycan mədəniyyətinin mənəvi irsini, estetik dəyərlərini özündə əks etdirən kəlağayının yaranma tarixi, atributları və ornamentləri barədə danışdılar.

 

Azərbaycanın birinci xanımı Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayı sənətinin  Heydər Əliyev Fondu tərəfindən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi xüsusilə vurğulandı.

 

Tədbirin sonunda, İcra Başçısı Məhərrəm Quliyev tərəfindən  şəhid analarına kəlağayı təqdim edildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal