Modern.az

Yenidən ZƏLZƏLƏ gözlənilir

Yenidən ZƏLZƏLƏ gözlənilir

7 Dekabr 2023, 09:14

Bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.

 

Modern.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

 

"Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın".

 

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

 

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir