Prezident İlham Əliyev elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında sərəncam imzalayıb. Sərəncam dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini stimullaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılıb.
Sənədin icrası ilə bağlı bütün məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Modern.az