Modern.az

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat aldı

İdman

7 Dekabr 2023, 10:58

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının H qrupunda Belçikada “Antverpen” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.

 

Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Dyörne şəhərində oynanılacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi