REAL hərəkatının Məclis sədri Erkin Qədirli Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova cavab verib. Modern.az-ın məlumatına görə, E.Qədirli MSK sədrinin İlqar Məmmədovun imza vərəqlərinin yoxlanılmasına onların çağırıldığı haqda fikirlərinin yalnış olduğunu deyib:
“Məzahir Pənahov yalan danışır. Bizi imzaların yoxlanılmasına dəvət etməyiblər. Rəyi nümayəndəmizə axşamdan xeyli keçmiş təqdim ediblər. Məzahir Pənahovun həmin vaxt məhz İlqar Məmmədovun işi ilə bağlı Prezident Administrasiyasına çağırıldığı söylənilmişdi. Beynəlxalq təşkilatlar və ABŞ səfirinin məsələyə nə aidiyyatı var? Bildiyimə görə, ABŞ səfiri imzaların yoxlanılmasında iştirak etməyib. Niyə etməli idi ki? Maraqlı tərəf bizik, bizi isə dəvət etməmişdilər. MSK üzvü Akif Qurbanova isə prinsipial mövqeyinə görə təşəkkürümü bildirirəm”-deyə REAL üzvü bildirib.
Anar RÜSTƏMOV