“Zəngin Zəka-Zəngin Ölkə” və “Bu günə dəyər- Sabaha səs ver!”
“Przezidentliyə namizəd Zahid Orucun seçki şüarları artıq müəyyənləşib, hazırdır”. Bunu Z.Orucun Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, seçki prosesində namizədliyini irəli sürən və namizədliyi rəsmən qeydə alınan şəxslərin seçki kampaniyasının uğur qazanmasında, seçicilər tərəfindən həmin namizədlərə rəğbətin oyanmasında bir sıra məqamların, o cümlədən, seçki şüarlarının, onların təqdimatının çox böyük rolu və önəmi var.
Ə.Əlioğlu deyib ki, bu, dünyanın hər yerində belədir və bu baxımdan, Azərbaycan da bu məsələdən kənarda qala bilməz:
“ Bizdə də seçki prosesində iştirak edən, öz qüvvəsini sınayan şəxslər- bunu əlbəttə ki, bütün namizədlərə də şamil etmək mümkün deyil - seçki kampaniyalarının, təbliğat-təşviqatlarının uğurlu alınması, seçici dəstəyi əldə edilməsi üçün müxtəlif maraqlı, cəlbedici seçki şüarları ilə gündəmə gəlməyə çalışırlar. İndiyə qədərki seçkilər prosesində də dəfələrlə bunun şahid olmuşuq. Odur ki, seçkilərdə ilk dəfə müstəqil şəkildə iştirak edən Zahid Orucun seçki şüarlarının da uğurlu alınması bizim başlıca prioritetlərimizdən biri idi.
Bu məsələnin üzərində xeyli çalışmalarımız və yekun qərar verildi. Yüzlərlə şüar içərisində yalnız ikisinin üstündə dayandıq. Biz Azərbaycanı bilik ölkəsi kimi təsəvvür edirik və tükənməz sərvət də elə bunu sayırıq. Digər tərəfdən həyatımızı obyektiv qiymətləndirmiş olsaq, onda gələcək yolumuza münasibətimiz də birmənalı olacaq. Bu baxımdan seçilən şüarlar belədir- “Zəngin Zəka-Zəngin Ölkə” və “Bu günə dəyər- Sabaha səs ver!”
Modern.az