Modern.az

2024-cü il: Dünyanın hansı ölkələrində seçki keçiriləcək? - SİYAHI

2024-cü il: Dünyanın hansı ölkələrində seçki keçiriləcək? - SİYAHI

Dünya

7 Dekabr 2023, 14:50

Gələn ilin yanvar ayında Tayvandan başlayaraq noyabrda ABŞ prezident seçkilərinə qədər dünyada 70 milli seçki gətirəcək. Bununla da dünyada seçkilərlə bağlı bir ilk yaşanacaq deyə bilərik. Belə ki, 2024-cü ildə təxminən 4,2 milyard insanın yaşadığı ölkələrdə seçkilər keçiriləcək. Bununla da tarixdə ilk dəfə bir il ərzində dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkədə seçkilər baş tutacaq.

 

Modern.az xəbər verir ki, növbəti il Azərbaycan əhalisi də seçkilərdə iştirak edəcək.

 

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

 

Bu gün eyni zamanda Rusiyada növbəti prezident seçkilərinə gedəcəyini açıqlayıb. Məlumata görə, gələn ilin 17 mart tarixində Rusiyada prezident seçkiləri keçiriləcək.

 

Gürcüstan əhalisi də 2024-cü ilin payızında ən əsas seçkilər olan Parlament üçün sandıq başına gedəcək. 2024-cü ildə ölkədə əsas seçkilərin bir hissəsinin elektron formada olacağı planlaşdırılır. Eyni zamanda Gürcüstanda prezident seçkilərinin də keçirilməsi planlaşdırılır.

 

KİV-in məlumatına görə, gələn il Ermənistanda da növbədənkənar parlament seçkiləri keçirilə bilər. Siyasi dairələr 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini fəal olaraq müzakirə edirlər. Hökumət bu məsələni gündəliyə də əlavə edib.

 

Türkiyədə isə gələn il bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, Türkiyədə bələdiyyə seçkiləri gələn il martın 31-də keçiriləcək. Gələn il Amerikada da prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Hazırkı prezident Co Bayden yenidən namizəd olmaq istəyir. Onun 2020-ci ildəki rəqibi Donald Tramp da namizəd olmaq arzusundadır.

 

Rumıniyada da prezident seçkiləri 2024-cü il noyabrın ortalarında və ya sonunda, ikinci tur isə 2024-cü il noyabrın sonu və ya dekabrın əvvəllərində keçiriləcək (birinci turun yekun nəticələrindən asılı olaraq). Bu , 1989-cu ildən sonra Rumıniyada keçirilən doqquzuncu prezident seçkiləri olacaq. Rumınayada eyni zamanda növbədənkənar parlament və yerli seçkilər keçiriləcək.

 

Ümumilikdə qeyd etsək, dünyanın 20-dən çox ölkəsində - Azərbaycan, Gürcüstan, Şimali Makodoniya, Amerika, Slovakiya, Moldova, Litva, İslandiya, Finlandiya, Xorvatiya, Tayvan, Şri-Lanka, Venesuela, Tunis, Seneqal, Mavritaniya, Komor Adalarında prezident seçkiləri keçiriləcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI