Sentyabrın 15-də Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisinin yığıncağı keçirildi. Ali Məclisin yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyuldu və müvafiq qərarlar qəbul olundu:
MDHP Ali Məclis katibinin seçilməsi məsələsi;
Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində MDHP tərəfindən verilmiş namizədin qeydə alınması üçün imzaların toplanması dövründəki fəaliyyətlə bağlı məsələ;
MDHP-nin prezidentliyə verdiyi namizədin səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ;
Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində 16-sı sentyabrda başlayacaq təbliğat kompaniyası ilə bağlı məsələ;
rezident seçkiləri zamanı dairələr üzrə MDHP tərəfindən müşahidəçilərin verilməsi ilə bağlı məsələ;
Cari məsələlər.
Ali Məclisin toplantısından sonra, partiya sədri, prezidentliyə namizəd Fərəc Quliyev seçkilərlə bağlı partiyanın rayon təşkilatlarının rəhbərləri ilə müşavirə keçirdi.
Modern.az