Modern.az

Navalnıdan SEÇKİ ÇAĞIRIŞI: Putinin əleyhinə, kimə gəldi səs verin...

Navalnıdan SEÇKİ ÇAĞIRIŞI: Putinin əleyhinə, kimə gəldi səs verin...

Dünya

7 Dekabr 2023, 14:34

Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnı ölkə vətəndaşlarını prezident seçkilərində Vladimir Putindən başqa istənilən namizədə səs verməyə çağırıb.

 

Modern.az "Xolod"a istinadən xəbər verir ki, bu barədə onun teleqram kanalında həbsdən göndərdiyi müraciət yayımlanıb.

 

“Seçki günü hamını seçki məntəqələrinə gedərək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, hər hansı digər namizədə səs verməklə edilə bilər”, - deyə qeyd olunub.

 

Qeyd edək ki, bu gün elan olunan rəsmi qərarla Rusiyada Prezident seçkiləri 2024-cü il martın 17-ə təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal