Modern.az

Bu günün hava PROQNOZU

Bu günün hava PROQNOZU

15 Sentyabr 2013, 18:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz tutulacağı gözlənilir.
Temperatur gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaqdır.
Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 29-34° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 27-32° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 20-24° isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular