Modern.az

Qərb siyasətçiləri Ukraynanı “ikinci Əfqanıstan”a çevirəcəklər - Narışkin

Qərb siyasətçiləri Ukraynanı “ikinci Əfqanıstan”a çevirəcəklər - Narışkin

7 Dekabr 2023, 15:22

“Qərb siyasətçiləri Ukraynada davam edən münaqişəni uzatmağa və onu “ikinci Əfqanıstana çevirməyə” çalışacaqlar”.

Modern.az xəbər verir ki, bunu “Razvedçik” jurnalına müsahibəsində Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin bildirib.

“Rusiyanın məğlub edilə bilməyəcəyini anlayan Qərb siyasətçiləri ölkəmiz üzərində hərbi qələbə qazanmağın qeyri-mümkünlüyünə görə hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışacaqlar" - Narışkin deyib.

Xarici kəşfiyyat xidmətinin direktorunun sözlərinə görə, Qərb liderləri müxtəlif tədbirlərə, o cümlədən iqtisadi və hərbi-diplomatik hərəkətlərə, beynəlxalq hüquqa zidd sanksiyalara və Kiyevə davamlı olaraq silah və hərbi texnikanın verilməsinə əl atacaqlar.

Narışkinin fikrincə, transatlantik və Qərb birliyinə getdikcə daha çox ziyan vuran Ukrayna problemi Qərbin reputasiyasına xələl gətirəcək.

“Ukraynanın özü də tədricən insan və maddi resursları istehlak edən qara dəliyə çevriləcək, yeni Amerika rejimi bununla məşğul olacaq. Və bu, az-çox ağlı başında olan lider Vaşinqtonda hakimiyyəti ələ alana qədər davam edəcək, o, nəhayət, bu boşluğu aradan qaldırmaq üçün cəsarət və qətiyyətə sahib olacaq”, - Narışkin müsahibəsində bildirib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal