Modern.az

17 nəfər valideynlik hüququndan məhrum edilib

17 nəfər valideynlik hüququndan məhrum edilib

7 Dekabr 2023, 15:18

2020-2023-cü illərdə valideynlərin uşaq hüquqlarından məhrum edilməsi və ya məhdudlaşdırılması bağlı 17 mülki iddia qaldırmışıq.

 

Modern.az xəbər verir ki, bunu "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Baş Prokurorluğun əməkdaşı Hilal Abbasov deyib.

 

O deyib ki, verilmiş iddialardan 5-i valideynin uşağına zorakılıq göstərməsi, 8-i uşaqlar üçün düzgün həyat tərzinin təmin edilməməsi, 4 iddia isə maddi şəraiti yaxşı olmayan, 5-6 uşağa sahib ailələrin şəraitinin təmin olunması, uşaqların müvafiq müəssisələrdə yerləşdirilməsi ilə bağlı olub.

 

O bildirib ki, bu iddialardan əksəriyyəti təmin olunub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal