Modern.az

Hafiz Hacıyev prezident seçkilərində namizəd olacaq

Hafiz Hacıyev prezident seçkilərində namizəd olacaq

7 Dekabr 2023, 15:30

Xəbər verdiyimiz kimi, Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib.

 

Modern.az Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdən seçkilərdə namizəd kimi iştirak edib-etməyəcəyini soruşub.

 

O, partiyasından kimin namizəd olacağını cümə günü müəyyənləşdirəcəklərini bildirib.

 

"Sabah idarə heyətin iclası keçiriləcək. Mənim namizədliyimin irəli sürülməsi gündəmdədir. Çox güman ki, beşinci dəfə prezident seçkilərində namizədliyimi irəli sürəcəm. Sabah saat birdə qurultaydan sonra namizədliyim bilinəcək", - partiya sədri qeyd edib.

 

67 yaşlı Hafiz Hacıyev 2003-cü ildən bu yana keçirilən bütün prezident seçkilərində iştirak edib. O, 2003-cü ildə 0,3%, 2008-ci ildə 0,64%, 2013-cü ildə 0.66%, 2018-ci ildə 1.52% səs toplayıb.

 

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı