Modern.az

“Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlandı

“Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlandı

7 Dekabr 2023, 16:26

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirlər açıqlanıb.

 

Modern.az ARDNF-nın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə fondun gəlirləri 1 milyard 308 milyon dollar təşkil edib.

 

Kondensat satışından isə əldə olunan gəlirlər cari ilin 11 ayında 324 milyon 396 min dollar olur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi