Modern.az

Azərbaycan Avropaya qaz təchizatını iki dəfə artırmaq istəyir

Azərbaycan Avropaya qaz təchizatını iki dəfə artırmaq istəyir

7 Dekabr 2023, 16:46

Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Böyük Britaniya Dövlət katibinin parlament üzrə müavini, ixracat naziri Lord Offordla görüşdə bildirib.


İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edildi, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

 

Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.

 

Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi