Bu gün Azərbaycanda 2013-2014-cü dərs ilinə start verilib. Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagird gedəcək.
Eyni zamanda bu il 33745 nəfər tələbə kimi ilk dəfə ali məktəbin qapısını açacaq.
Modern.az