Modern.az

Prezidentliyə namizədlərin seçki təşviqatına start verildi - FOTOLAR

Prezidentliyə namizədlərin seçki təşviqatına start verildi - FOTOLAR

16 Sentyabr 2013, 09:13

Modern.az saytı xəbər verir ki, sentyabrın 16-dan Azərbaycanda keçiriləcək prezident seçkilərinin 10 namizədi üçün seçkiqabağı təşviqat kampaniyası başlayıb. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası seçkilərə 24 saat qalmış - oktyabrın 8-i saat 8:00-dək davam edəcək.

Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 10 namizəd mübarizə aparacaq. Onlar aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, hazırki prezidenti İlham Əliyev 2. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli
3. Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə,
4. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından partiyanın sədri, deputat Qüdrət Həsənquliyev
6. Ədalət Partiyasından partiyanın sədri, deputat İlyas İsmayılov
7. Müasir Müsavat Partiyasından partiyanın sədri Hafiz Hacıyev
8. Azərbaycan Sosial Demokrat Partiyasından partiyanın sədri Araz Əlizadə
9. Milli Dirçəliş Hərəkatı Partiyasından partiyasının sədri, deputat Fərəc Quliyev
10. Azərbaycan Demokrat Partiyasından partiyanın sədri Sərdar Cəlaloğlu.

Qeyd edək ki, bu gün səhərdən şəhərdəki xüsusi lövhələrdə hələlik iki namizədin təşviqat materialları vurulub - İlham Əliyevin və İqbal Ağazadənin....






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular