Modern.az

Şarl Mişel Bakı və İrəvanın addımını ALQIŞLAYIR

Şarl Mişel Bakı və İrəvanın addımını ALQIŞLAYIR

Dünya

7 Dekabr 2023, 22:29

Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

 

O qeyd edib ki, Avropa İttifaqı saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayır.

 

"Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal