“Əslində Ermənistan niyə Amerikaya strateji tərəfdaş kimi lazımdır? ABŞ-nin qarşısına qoyduğu əsas məsələ Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır".
Modern.az xəbər verir ki, bu fikirləri ARB Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Rusiyanın regiondan çıxarılması zaman məsələsidir.
“Rusiyanın Cənubi Qafqazdan cıxarılması ABŞ-ın ən böyük planıdır. Məhz bu səbəbdən ABŞ erməni kartından istifadə edir. Bu yolla Ermənistandan Rusiyanı çıxartmaq istəyir.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomaterialda: