Modern.az

Sülh müqaviləsinin bağlanması səlahiyyətini prezidentə verək - TƏKLİF

Sülh müqaviləsinin bağlanması səlahiyyətini prezidentə verək - TƏKLİF

8 Dekabr 2023, 11:24

“Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı sülh müqaviləsinin bağlanması üçün əsas addım kimi qiymətləndirilə bilər. Amma bildiyiniz kimi sülh müqaviləsinin bağlanması Milli Məclisin səlahiyyətindədir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. 

 

"Sülh müqaviləsinə Milli Məclisin razılığı ilə baxılmalıdır. Təklif edirəm ki, biz yaxın zamanda Azərbaycan Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə iclas keçirib sülh müqaviləsinin bağlanması səlahiyyətini prezidentə təhvil verməliyik", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi