Modern.az

Burada şübhəli başqa məqam axtarmaq düşmənçilikdir - Komitə sədri

Burada şübhəli başqa məqam axtarmaq düşmənçilikdir - Komitə sədri

8 Dekabr 2023, 11:50

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün təsbiti deməkdir. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. 

 

“Konstitusiyamızın 1 və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. İş burasındadır ki, indiyə qədər Prezident seçkilərində Qarabağ və bitişik rayonlar həmişə işğalda olub. Deməli bizim ərazi bütövlüyümüz və suverenliyimiz təsbit olunmayıb. 1995-ci ildə ilk Konstitusiyamız qəbul ediləndə də belə idi. Düzdür  de-yure o ərazilər bizim idi. Amma indi ərazi bütövlüyümüz bərpa olunub. Cənab Prezident xalq müraciət edərək bildirir ki, sizin haqqınızdır öz suveren hüququnuzdan istifadə edərək Prezidenti seçəsiniz və bütün ərazilərimizdə həm de-yure, həm də de-fakto hakimiyyət bərpa olunsun. Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır. Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI