Modern.az

Tələbələr Göygölün tarixi məkanlarına ekskursiya ediblər - FOTO

Tələbələr Göygölün tarixi məkanlarına ekskursiya ediblər - FOTO

Aktual

8 Dekabr 2023, 10:32

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə  Xarici dillər fakültəsinin bir qrup tələbəsi  Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.

 

Muzey bələdçisi tərəfindən tarixi məkanda nümayiş etdirilən eksponatlara dair məlumat verilib və vaxtı ilə Göygöldə yaşayan almanların  həyat  tərzini əks  etdirən  xüsusi  guşə barəsində söhbət açılıb.

 

Bildirilib ki, muzeydə əsasən qədim kurqanlarda qazıntılar  zamanı əldə  olunan  saxsı qablar və məişət əşyaları qorunur.

 

Ekskursiya çərçivəsində tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmi ilə də yaxından tanış olublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu