Modern.az

Milli Şuradan kritik SƏFƏR - müxalifət Lənkərana gedir

Milli Şuradan kritik SƏFƏR - müxalifət Lənkərana gedir

16 Sentyabr 2013, 12:04

Milli Şura rəhbərliyi seçki təşviqatı çərçivəsində Lənkəran şəhərinə səfər edəcək. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Bir müddət öncə Müsavat başqanı İsa Qəmbərə qarşı Lənkəranda baş verən hadisələrə toxunan G.Aslanlı bildirib ki, müxalifətə belə təzyiqlərə baxmayaraq, Milli Şura cənub bölgəsinə səfərə hazırlaşır.

Onun sözlərinə görə, Milli Şuranın Lənkəran səfərinin dəqiq vaxtı bəlli deyil. Səfərdə Cəmil Həsənlinin iştirak edib-etməyəcəyi də sual altındadır.

Xatırladaq ki, müxalifət təmsilçilərinin bir neçə ay öncə Lənkərana səfəri böyük qalmaqalla yadda qaldı. Tərəfdarları ilə görüşmək üçün yola çıxan Müsavat başqanının avtomobili və onu müşayiət edən maşın karvanı Lənkəranın girişində daş-qalaq edilib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular