Modern.az

Rafael Dadaşovdan İsrafil İsrafilova “kinayəli” cavab

Rafael Dadaşovdan İsrafil İsrafilova “kinayəli” cavab

16 Sentyabr 2013, 12:39


Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun xalq artisti Rafael Dadaşovu tənqid etməsi cavabsız qalmayıb. Modern.az-a danışan R. Dadaşov bir cümlə ilə cavab verib: “İsrafil müəllim nə deyir, düz deyir”.

Xalq artistinə ünvanlanan “bu kinayədir, yoxsa doğrudan da belə düşünürsünüz” sualı isə cavabsız qalıb. Qeyd edək ki, teatr direktoru R. Dadaşov haqda bunu deyib:
“...Rafael  Dadaşov tamaşanın birində bir cür məşq edir, səhəri tamam başqa cür. Dünən çox yaxşı idi, bu gün alınmır, zəifdir... Aktyor nə qədər nəhəng olmalıdır ki, evinin problemini səhnəyə gətirməsin. Əgər evpulu verə bilməyibsə, səhnədə pul yadına düşür və əhvalı korlanır, oynaya bilmir. Yaxud fasilədə yoldaşı zəng vurur, evin problemini deyir, artıq ikinci hissədə oynamağı bacarmır. Elə aktyor var, bir tamaşada yüksək səviyyədə oynayır, digərində rolun öhdəsindən gələ bilmir. Biz universal aktyor tipi yetişdirə bilməmişik. Dünyada aktyorlar var, məsələn, yüz min dollar qonorar alır. Ay əzizim, həmin aktyor o rolu bacarır, öhdəsindən gəlir”.  

İntiqam Valehoğlu
 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular