
Kinodramaturq Rüstəm İbrahimbəyovun siyasətlə məşğul olmayacağı haqda verdiyi bəyanat onun Milli Şura sədrliyindən gedəcəyini gündəmə gətirdi. Mətbuatın yazdığına görə, Rüstəm İbrahimbəyov yaxın günlərdə Milli Şura sədrliyindən istefa verəcək.
Milli Şurada Rüstəm İbrahimbəyovun tərəfdarlarından olan Eldəniz Quliyev isə istefa məsələsinin gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, Milli Şurada İbrahimbəyovun sədrlikdən getməsini istəyən qüvvələr var.
“Müəyyən qüvvələr var ki, onların arzusudur Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyinin getsin. Amma Rüstəm müəllim istefa vermək niyyətində deyil”.
Qeyd edək ki, İbrahimbəyov APA-ya sonuncu müsahibəsində maraqlı açıqlamalar verib. O deyib ki, Milli Şuranın vahid namizədi olmaq istəmirmiş, amma buna məcbur edilib. Kinodramaturq bundan sonra siyasətlə məşğul olmayacağını bəyan edib.
Anar RÜSTƏMOV