Modern.az

Dünyanın ən zəngin ailələri - SİYAHI

Dünyanın ən zəngin ailələri - SİYAHI

9 Dekabr 2023, 00:56

"Bloomberg" agentliyi dünyanın ən zəngin ailələrinin siyahısını hazırlayıb.

 

Modern.az xəbər verir ki, siyahıda 25 ailə var.

 

Onların ümumi sərvəti son bir ildə 43% və ya 1,5 trilyon dollar artıb.

 

Siyahıya Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakim sülaləsi Əl Nəhyan ailəsi başçılıq edir. Agentliyin illik reytinqinə görə, ailənin sərvəti 305 milyard dollar qiymətləndirilir.

 

Hazırda Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkə prezidentidir. Digər ailə üzvləri həm dövlət, həm də özəl sektorda vəzifələr tuturlar. Agentliyin hesablamalarına görə, kral ailəsinin nəzarətində olan "International Holding Co" şirkətinin səhmləri son dörd il ərzində təxminən 7000% artıb.

 

Reytinqdə ikinci yeri sərvəti 259,7 milyard dollar dəyərində qiymətləndirilən Uolton ailəsi tutub. Uolton ailəsi gəlirlərinə görə dünyanın ən böyük pərakəndə satış şirkəti olan ABŞ-nin "Walmart" şəbəkəsinin səhmdarlarıdır. Ən son maliyyə ilində şirkət dünya üzrə 10,500-dən çox mağazadan 611,3 milyard dollar gəlir əldə edib.

 

Üçüncü yeri 150,9 milyard dollar sərvətlə Fransanın lüks mallar istehsalçısı olan "Hermes" şirkətinin sahibi Hermes ailəsi tutub. Hermes ailəsi şirkətin üçdə ikisindən çoxuna sahibdir.

 

Dördüncü yeri Mars ailəsi (141,9 milyard dollar) tutur. 

 

Beşinci yerdə Qətər əmiri Əl-Taninin ailəsi (133 milyard dollar) qərarlaşıb. Altıncı yeri ABŞ-nin ikinci ən böyük özəl şirkəti "Koch Industries"ə sahib olan Koç ailəsi (127,3 milyard dollar), yeddinci yeri Səudiyyə Ərəbistanının hakim sülaləsi Əl Səud (112 milyard dollar), səkkizinci yerdə hindli milyarder Mukeş Ambaninin (89,9 milyard dollar), doqquzuncu yeri Fransanın "Chanel" şirkətinin sahilblərindən olan Vertheimer ailəsi (89,6 milyard dollar) tutub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir