Bu ilin yanvar ayında Binə Ticarət Mərkəzində keçirilən etiraz aksiyasında saxlanılan şəxlərin məkhəmə prosesi yekunlaşıb. Modern.az saytının məlumatına görə, “Binə” aksiyalarında saxlanılan 11 nəfərə Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Modern.az saytı xəbər verir ki, hakimin qərarı ilə Vaqif İbrahimov və Əbülfəz Əliyevə 4 il, digər 4 nəfərə il yarım, 5 nəfərə isə 1 il iş kəsilib.
Qeyd edək ki, bu il yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşları arasında qarşıdurma baş verib, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiyaçılardan da xeyli adam yaralanıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.
Modern.az