Modern.az

Nazir: “Orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir”

Nazir: “Orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir”

16 Sentyabr 2013, 13:05


Yeni dərs ilinin başlaması ilə əlaqədar təhsil naziri Azərbaycan Pedaqoji Universitetində olub. Modern.az xəbər verir ki, tələbələrlə görüşündə nazir təhsilin inkişafı və bu sahədə çalışanların fəaliyyətinin dövlətin diqqətində olduğunu bildirib.
“Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq bu istiqamətdə bir sıra addımlar həyat keçirilib və müəllimlərin, tələbələrin əmək haqları, təqaüdlərinin artırılması istiqamətdə müəyyən addımlar atılıb. Gələcəkdə bu qəbildən olan islahatların həyata keçirilməsi niyyətindəyik. Artıq orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir”.

Nazir eyni zamanda bildirib ki, öz peşəsini sevən və sevməyən müəllimlərə nəinki cəmiyyət, təhsil müəssisələri tərəfindən fərqli münasibət olmalıdır, həmçinin, dövlət tərəfindən onlara verilən əmək haqlarında da fərq öz əksini tapmalıdır.
“Müəllimlərin daimi peşəkar inkişafını təmin edən mexanizmlərin tətbiq olunması sahəsində dövlət tərəfindən addımlar elə formada atılmalıdır ki, müəllimlər öz peşəkar ixtisaslarının artırmasında özləri maraqlı olsunlar və gündəlik fəaliyyətlərində bunu tətbiq edə bilsinlər. Bütün bu və digər problemlər Təhsil Nazirliyi tərəfindən düşünülür. Bütün bu problemlərin gələcəkdə həllinə nail olunacaq. Tələbələrdən də tələb olunur ki, onlar öz ixtisaslarında peşəkar olsunlar. Coğrafi məkandan asılı olmayaraq müəllim peşəsinin adı və ona məxsus keyfiyyətlər qorunub saxlanmalıdır”.  

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular